Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub

21 Aprel 2021 13:51

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. 

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.

Milli.Az