Doğuş əsəbiləşdi: "Heç kimə mənə hörmətsizlik edə bilməz" - VİDEO

21 Aprel 2021 15:19

Türkiyəli müğənni Doğuşun azərbaycanlı müğənni Türkan Vəlizadə ilə birgə ifa etdiyi "Baka-baka" adlı klipi "YouTube"dan silinib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Doğuş "Söz baz" verilişində danışıb: "Klipimizin nədən silindiyini bilmirəm. Kaş ki, bilsəm. Çoxlu "Spam" olunun deyə silinib. Əziyyətimizə heyf". 

Doğuş daha sonra sənət aləmində böyük-kiçiklikdən söz açıb:

"Mənə qarşı heç kim hörmətsizlik edə bilməz. Belə şeylərə icazə vermirəm. Çünki 24 ildir ki, bu sənətdəyəm. Xaraktercə də elə adam deyiləm". 

Milli.Az