Rusiyada mağazaya basqın: Bir azərbaycanlı öldürüldü, biri... - HADİSƏ ANI - VİDEO

21 Aprel 2021 12:07

Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborq rayonunda tütün məhsulları satılan mağazaya hücum edilib.

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, satıcı qadını zərrəsizləşdirib kassadakı pulları götürmək istəyən qarətçilər qəfil mühafizəçilərlə üz-üzə gəliblər.

Qarətçilərdən biri əlini cibinə atıb bıçaq çıxaranda mühafizəçilər tərəfindən zərərsizləşdirilib. Digər qarətçi isə saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, mağazaya basqın edənlərin hər ikisi Azərbaycan vətəndaşlarıdır.

Milli.Az