Dünya bazarlarında təbii qaz ucuzlaşıb

21 Aprel 2021 10:34

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az bildirir ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 0,15% azalaraq 2,72 ABŞ dolları təşkil edib.

Milli.Az