Vaksinasiya prosesi davam edir - VİDEO

21 Aprel 2021 12:04

Azərbaycanda peyvənd olunanların sayı 1 milyon yarıma çatır

Milli.Az Real TV-ə istinadən bildirir ki, Azərbaycanda yanvar ayından etibarən başlayan koronavirus əleyhinə vaksinasiya prosesi könüllülük prinsipi ilə davam edir.

Həkimlər qey edir ki, Ramazan ayının başlanğıcında vaksin olunanların sayında azalma müşahidə olunub.lakin tibb işçilərinin vətəndaşlarla proflaktik söhbətindən və peyvənd olunmanın orucluğun dini ayinlərinə zidd olunmadığını bildirdikdən sonra, yenidən peyvənd olunanların sayında artım qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə 1 337 380-dən çox insan koronavirus əleyhinə peyvənd olunub.

Milli.Az