Bu məşhurun həyat yoldaşı koronadan vəfat etdi

21 Aprel 2021 09:31

Dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun həyat yoldaşı Mariya Aytmatova koronavirusdan dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yazıçının xanımı 79 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Qırğızıstan Prezidenti Sadır Japarov Mariya Aytmatovanın ölümü ilə əlaqədar yazıçının ailəsinə başsağlığı verib.

Milli.Az