Azərbaycanda daha iki məktəb bağlandı

21 Aprel 2021 09:12

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hacıqabul rayonun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.

Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.

Milli.Az