Boris Conson: “İngiltərədə Avropa Super Liqası oyunları qadağan ediləcək”

20 Aprel 2021 19:26

İngiltərənin Baş naziri Boris Conson ölkəsinin altı klubunun Avropa Superliqasında oynamasına qarşı qanun layihəsi qəbul edəcəklərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "SporX" məlumat yayıb.

"Hökumətimiz Avropa Superliqası layihəsinə son qoyacaq. Bu mövzuda qərarlıyıq və bu yanaşmamızı hər kəs görəcək", - deyə B.Conson bildirib.

Milli.Az