Ukrayna MTX-si yüksək hazırlıq vəziyyətinə gətirildi

20 Aprel 2021 18:02

Ukraynanın bütün vilayətlərində Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna MTX-nın mətbuat katibi Artem Dextyarenko məlumat verib.

Onun sözlərinə görə, ölkənin əksər vilayətlərində genişmiqyaslı antiterror əməliyyatları keçirilir.

A. Dextyarenko vurğulayıb ki, ölkə vətəndaşlarının müdafiəsi üçün Ukrayna MTX gecə-gündüz öz səylərini əsirgəmir.

Milli.Az