UEFA 6 milyardlıq müqavilə imzalayır

20 Aprel 2021 19:21

UEFA Avropa Super Liqasına qarşı mühüm addım atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qitə qurumu "Centricus Asset Management" şirkəti ilə 6 milyard avro məbləğində maliyyələşdirmə paketi üçün danışıqlar aparır.
 
ABŞ-ın nəhəng bankı olan "JP Morgan" Avropa Super Liqasına 4 milyard avro investisiya qoyacağını açıqlamışdı. Yeni qurumun ümumi büdcəsi 10 milyard avroya yaxın olacaq.

Milli.Az