Acınohur gölü quruyur

20 Aprel 2021 18:22

"Bu gün üçün Acınohur gölündə su ehtiyatı yoxdur və qurumağa doğru gedir. Havalar da getdikcə istiləşir və təxminən gölə 80 metrə qalmış bataqlıq əmələ gəlib".

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov "Ekspert saatı"nda deyib.

O bildirib ki, göldə suyun səviyyəsinin azalmasının əsas səbəbi iqlimlə əlaqəlidir: "Yağış yağan zaman sululuq artır, əksi olduqda isə su azalır".

Milli.Az