Xəzər TV-nin efirində iki aktyor eyni tibbi maskadan istifadə etdi - VİDEO

20 Aprel 2021 17:44

Xəzər TV-də yayımlanan "Komedixana" şousunda gigiyenik qaydalar pozulub.

Milli.Az anons.az-a istinadən xəbər verir ki, şounun səhnəciklərinin birində aktoyorlar eyni tibbi maskadan istifadə ediblər.

Dünyanı cənginə alan COVİD-19 virusunun geniş yayıldığı bir zamanda ölkənin reytinqli telekanalının bu cür gigiyenik qaydaları pozması izləyicilər tərəfindən böyük qınağa səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az