Türkiyə XİN-də yeni rəsmi nümayəndə

20 Aprel 2021 17:47

Türkiyənin Xarici İşlər Nazirliyində (XİN) yeni kadr təyinatı olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, diplomat Tanju Bilgiç ölkə XİN-inin İnformasiya idarəsinin müdiri - Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.

Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini - Nazirliyin sözçüsü olub.

2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

Onu da qeyd edək ki, T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.

Milli.Az