Mourinyonu o əvəzləyəcək

20 Aprel 2021 16:44

İngiltərənin "Tottenhem" klubunun çalışdıracaq məşqçi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi vəzifəsini mövsümün sonunadək Rayan Meyson icra edəcək.

O, istefaya göndərilən Joze Mourinyonu əvəzləyib.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Meyson 2008-16-cı illərdə futbolçu kimi komandanın şərəfini qoruyub. Amma bu dövrün böyük hissəsini icarə əsasında müxtəlif komandalarda keçirib.

Milli.Az