"Qızın xoşbəxt olmayacaq"

20 Aprel 2021 15:14

Ötən gün fenomen Şeyma Subaşının sosial şəbəkə hesabında etdiyi paylaşım böyük səs-küyə səbəb olub. Milyonçu sevgilisi Mohammed Alsaloussinin Şeyma və qızı üçün sərnişin təyyarəsinin bütün biletlərini satın alması xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa Yeşim Salkım Şeyma Subaşının bu paylaşımını qınayıb:

"Yaxşı, tutaq ki, adam sənin üçün təyyarə kirayələyib. Bunu niyə sosial şəbəkədə yayımlayırsan? Yaxşı, paylaşdın... Bəs qızından niyə istifadə edirsən? Günahdır... Təkcə özünü niyə çəkib qoymursan? Onun heç nədən xəbəri yoxdur. O uşaq yazıqdır. Böyüyəndə xoşbəxt qadın olmayacaq. Bunun da səbəbkarı sən olacaqsan".

Milli.Az