Əfqanıstanda polislərə silahlı hücum edildi - Ölənlər var

20 Aprel 2021 13:34

Əfqanıstanın Badahşan əyalətindəki nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə "1TV" məlumat yayıb.

Qeyd edilib ki, hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb. Daha iki polis yaralanıb. İnsidentlə bağlı əlavə məlumat verilməyib.

Milli.Az