Almaniyanın hakim "Xristian-Demokrat İttifaqı" kansler vəzifəsinə namizədliyini səs çoxluğu ilə dəstəkləyib. Partiyanın idarə heyəti 31 səslə Armin Laşetin namizədliyini təsdiq edib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Xristian Sosial İttifaqının rəhbəri, Bavariyanın baş naziri Markus Söderə isə doqquz səs verilib.
Qeyd edək ki, hazırkı kansler Angela Merkelin vəzifədə olma müddəti bu il başa çatacaq. O, növbəti dəfə kansler vəzifəsinə namizədliyini irəli sürməyib.
Milli.Az