Hollivud ulduzu Skarlet Yohansson maraqlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uzun illər əvvəl "Evdə təkbaşına 3" filmində uşaq obrazlarından birini canlandıran aktrisanı qızı tanımayıb:
"Qızım Rouz Dorosinin 6 yaşı var. Onunla birlikdə "Evdə təkbaşına" filmlərinin üç hissəsini də izləmişik. Sonucu hissədə çəkilən uşaq aktyorlardan biri mən idim. Lakin qızım məni tanıya bilmədi. "Bu aktrisa kimdir" deyə mənə sual verdi".
Qeyd edək ki, "Evdə təkbaşına 3" filmi 1997-ci ildə çəkilib. Ekran işinə çəkilərkən Yohanssonun12 yaşı olub.
Milli.Az