Dünya moda ikonu Yıldız Tilbəni xatırlatdı - FOTO

20 Aprel 2021 09:59

Hollivudun əfsanəvi siması Sara Cessika Parker küçə geyimi ilə təəccüb yaradıb.

Milli.Az oxu-az-a istinadən xəbər verir ki, daima şıq geyimi ilə göz qamaşdıran Parker pandemiya müddətində tərzini dəyişib.

2000-ci ildə "The MTV Movie & TV Awards"da 15 dəfə geyim dəyişdirən, 2008-ci ildə "Sex and City" filmi üçün 81 kostyum istifadə edən Parker son geyimi ilə hər kəsi şoka salıb.

Kürk geyinən ulduz mavi paltarı ilə qırmızı taytı uyğunlaşdırıb. Onun bu seçimi türkiyəli müğənni Yıldız Tilbənin stilini xatırladıb.

Milli.Az