Virusa yoluxan aktrisa - "İnsan ağrıdan ağlamaq istəyir"

20 Aprel 2021 09:05

Koronavirusa yoluxan türkiyəli aktrisa Qonca Vuslateri paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Tvitter hesabında vəziyyətinin yaxşı olmadığını deyib:

"Ciddi mənada insan ağrıdan ağlamaq istəyir. Heç kimə qulaq asmamışam deyə bilmərəm. Maskalar, əlcəklərlə gəzdik. İnsanın ciyərində yallı oynayırlar. Sizi çoxluq olan yerə aparan şəxs "onsuzda diqqətliyik" deyirsə, xəstəlik keçər, amma o düşüncə qalıcıdır. Xahiş edirəm özünüzü qoruyun".

Milli.Az