ABŞ təlimlər zamanı onlarla qırıcı təyyarələrini Polşaya göndərib

20 Aprel 2021 08:53

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təlim çərçivəsində onlarla qırıcı təyyarələrini Polşaya gönədərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak "Twitter"də açıqlama verib.

"Bu gün bir neçə ABŞ F-15 və F-16 təyyarələri Polşaya gətirilib. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı, xüsusi olaraq Polşa hava limanlarından istifadə etməklə hərbi hava qüvvələrinin sürətli olaraq Avropada yerləşdirilməsini həyata keçirir", - deyə nazir yazıb.

Onun sözlərinə görə, birgə təlimlər Mərkəzi və Şərqi Avropa bölgələrinin təhlükəsizliyini gücləndirəcək.

Milli.Az