Hitlerin 87 500 dollarlıq əşyaları maraq doğurdu - FOTOLAR

19 Aprel 2021 17:40

Adolf Hitlerin Nazi dövrünə aid 8 parça məhsulu Avstriyada hərraca çıxarılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Perth şəhərində nasist Almaniyasının lideri Adolf Hitlerin şəxsi əşyalarını auksion evinə təqdim edilib. Belə ki, Hitlerin şəxsi siqaret qutusu, darağı, əl güzgüsü, ayaqqabı fırçası kimi əşyalar yer alıb.

Hərraca çıxarılan  əşyaların ümumillikdə  qiyməti  87 500 dollara  başa gəlib. Əşyaların bu qədər baha olması insanlar arasında  mənfi reaksiyalara səbəb  olub.

Milli.Az