"Peyvənd olundum, başqa yol yoxdur" - Xalq artisti

19 Aprel 2021 14:36

Xalq artisti Miri Yusif koronavirus əleyhinə peyvənd etdirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bunla bağlı fotosunu İnstaqram hesabında yayımlayıb.

"Peyvənd olundum, başqa yol yoxdur. Peşəkar həkimlərimizə dərin minnətdarlığımı bildirirəm. Hamını vaksin vurdurmağa çağırıram. Allah bizi qorusun, konsertlərdə görüşək",- ifaçı bildirib.

Milli.Az