“Savaşçı”da Qarabağdakı terrorçulardan bəhs edildi - VİDEO

19 Aprel 2021 14:59

Fox TV-də yayımlanan Türkiyənin məşhur "Savaşçı" serialının 101-ci bölümü Qarabağa həsr olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işinin bu həftə yayımlanan seriyasında işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı qeyd olunub. Sözügedən terrorçuları zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir.

Həmçinin, serialda köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.

Milli.Az