Türkiyədə 51 yaşlı adam koronavirusdan qorunmaq üçün maraqlı yola əl atıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 51 yaşlı Kadir Aksoy meşədə ağacların gövdəsində tək nəfərlik evlər inşa edib.
Evlərin hündürlüyü 3 metrədən 5 metrədəkdir. Aksoy açıqlamasında bildirib ki, bununla o həm pandemiyadan qorunur, həm də təbiəti seyr edir. O bildirib ki, hər kəs ruhunu dinləndirəcək belə yer düzəltməlidir.
Milli.Az