ARB TV-nin "Özəl" verilişinin növbəti qonağı müğənni Günay İbrahimli olub.
Müğənni sənətinə görə yaşadığı çətinliklərdən və ailə dəstəyindən söhbət açıb:
"Bu sənətdə olmağıma görə başda Allahıma sonra isə valideyinlərimə borcluyam. İllər öncə bu sənətə pis baxırdılar. İndi artıq normallaşıb. Səhv qələmə verirdilər, əslində o qədər gözəl sənətdir ki... Musiqini hər insan duya bilmir. Bu Allahın verdiyi paydır. Çox çətinliklər çəkdim, məni çox insanlar qəbul etmədi. Amma həmin zamanlarda valideyinlərim yanımda oldu. Anam hər zaman deyirdi ki, ürəyimdə olan arzularımı sən gerçəkləşdirdin. Qohumlarım üz döndərdilər, çox problemlər yaşadıq. Deyirdilər ki, qoymayın qızı oxusun, yaxşı sənət deyil. Şükürlər olsun ki, artıq o qohumlarla da problem yoxdur".
Milli.Az