Dünya bazarlarında təbii qazın qiyməti artıb

19 Aprel 2021 10:14

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az bildirir ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,23% artaraq 2,719 ABŞ dolları təşkil edib.

Milli.Az