Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib

19 Aprel 2021 07:34

Rusiya 18 rus diplomatının Praqadan çıxarılmasına cavab olaraq Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non-qrata" elan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşı aprelin 19-u Rusiya ərazisini tərk etməlidir.

Qeyd edək ki, daha əvvəl Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılmışdı.

Milli.Az