Bakıda 4 avtomobil toqquşub, sıxlıq yaranıb - FOTO

18 Aprel 2021 23:41

Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə "Bağırov körpüsü" adlanan hissəyə yaxın yerdə qeydə alınıb.

Hadisə nəticəsində 4 avtomobil toqquşub.

Hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Milli.Az