İraqda hərbi baza raket hücumuna məruz qalıb

18 Aprel 2021 23:13

İraq Hərbi Hava Qüvvələrinin Bağdad yaxınlığında yerləşən bazası raket hücumuna məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bazaya azı 4 raket atılıb, insident nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar İraq hərbçiləridir, onlardan biri xəstəxanaya yerləşdirilib.

Milli.Az