Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb

18 Aprel 2021 22:21

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 882 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 387 820 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 10 nəfər, hazırkı dövrədək isə 127 270 nəfər vəfat edib.

Milli.Az