Kəşfiyyatçı diplomat olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

18 Aprel 2021 21:43

"Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

Çexiya səfiri rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Çexiyanın addımına sərt etiraz edərək ölkəsinin müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 15 əməkdaşını ərazisindən çıxarır.

Milli.Az