İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb

18 Aprel 2021 21:42

İranda ötən sutka ərzində 405 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 66 732 nəfərə yüksəlib. Ötən 24 saat ərzində 21 644 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2 237 089 nəfərə çatıb. Virus daşıyıcılarından 4 766 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 785 358 nəfər koronavirusdan sağalıb, 14,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Milli.Az