Fransada təyyarə qəzası oldu - Ölənlər var

18 Aprel 2021 21:33

Fransanın paytaxtı Paris şəhərinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb. Qəza nəticəsində 4 nəfər ölüb. Təyyarə təlim uçuşu zamanı Sen-Patyu kommunasının yaxınlığındakı tarlaya düşüb.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az