Azərbaycanda ər və arvad 1 gün fərqlə koronavirusun qurbanı oldular

18 Aprel 2021 21:31

Azərbaycanda ər və arvad koronavirusdan dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat yayıb.

O bildirib ki, xalası Validə Sarıyeva və həyat yoldaşı İlham Sarıyev bir gün fərqlə koronavirusdan vəfat ediblər.

Milli.Az