Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb

18 Aprel 2021 20:54

Myanmada etirazçılarla təhlükəsizlik qüvvələri arasında fevral ayının əvvəllərindən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 737-ə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiyasiyası bildirib.

Qeyd olunub ki, 18 aprel tarixi üçün hərbi xunta tərəfindən 737 nəfərin ölümü təsdiqlənib.

Bildirilib ki, 3 229 nəfər azadlıqdan məhrum edilib, onlardan 75-i barədə həbs cəzası seçilib.

Milli.Az