Tanınmış aktyorun ölüm xəbəri yayıldı - özü danışdı

18 Aprel 2021 20:39

Bu gün tanınmış aktyor Elməddin Cəfərovun beyin qanamasından dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb.

Milli.Az kult.az-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən aktyor səhhətinin normal olduğunu bildirib:

"Bununla bağlı mənə tanış və doğmalarımdan çox zənglər gəlir, narahat olurlar. Bu xəbəri yayan insana deyirəm ki, bunu niyə edirlər? Niyə bu müqəddəs ayda insanların pis dualarını qazanırlar? Bu xəbərlər sadəcə bəyən və izləyici toplamaq üçün yayılıb. Ayıbdır. Səhhətim normaldır və özümü yaxşı hiss edirəm".

Milli.Az