Azərbaycanda dəhşətli hadisə: Yaralılar var - Hadisə yerindən VİDEO

18 Aprel 2021 19:46

Xaçmaz rayonu ərazisinə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

"BNW" markalı avtomaşınla "VAZ" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az