"Arsenal" autsayderlə bacarmadı

18 Aprel 2021 19:35

"Arsenal" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "topçular" 32-ci turda "Fulhem"lə qarşılaşıb. Mikel Artetanın komandası əlavə olunmuş vaxtın son dəqiqəsində vurduğu qolla məğlubiyyətdən xilas olub- 1:1.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 46 xalla 9-cudur. "Fulhem" isə 27 xalla 18-cidir.

"Arsenal" - "Fulhem" - 1:1
Qollar:
 Nketiah, 90+7 - Maya, 59

Milli.Az