Müğənni Özcan Deniz sosial şəbəkə hesabında yeni paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi İnstaqram hesabında oğlu Kuzeylə olan yeni fotolarını yayımlayıb.
Sənətçi paylaşdığı şəkillərə "Bir-birimizdən nə çox şey öyrənirik, ata", - yazıb. Onun bu paylaşımı sosial media istifadəçiləri tərəfindən çox bəyənilib. İstifadəçilərin bəziləri Kuzeyi anası Feyza Aktana, böyük əksəriyyəti isə atası Özcan Deniz bənzədiblər.
Milli.Az