Çeçenlər kürdlərlə atışdılar: ölən var - VİDEO

18 Aprel 2021 17:01

Belçikanın Lej şəhərində çeçen və kürd qrupları arasında atışma olub.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, nəticədə Çeçenistan vətəndaşlarından biri ölüb, iki nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan videolarda kürd qruplaşması nümayəndələrinin beysbol dəyənəyi və silahla görüntüləri əks olunub. Qeyd edilir ki, yerli texniki xidmət stansiyasının yaxınlığındakı münaqişə çeçenlərlə kürdlər arasında atışmaya səbəb olub.  

Polis 3 kürdü və 28 çeçeni sorğu-sual və sənədlərinin yoxlanılması üçün saxlayıb. Şübhəlidən "Kalaşnikov" avtomatı götürülüb. 

Milli.Az