Münasibətləri qısa çəkdi

18 Aprel 2021 18:01

Bir müddət əvvəl aktrisa Melisa Döngel fenomen Şeyma Subaşının keçmiş sevgilisi Quido Senia ilə eşq yaşamağa başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük gözlərdən uzaq eşq yaşayaraq bunu hamıdan gizlədib. Onlar Antalyada bir araya gələrək istirahət ediblər.

Cütlük bir neçə gün birlikdə vaxt keçirdikdən sonra isə ayrılıq qərarı alıb. Quido Meksikaya qayıdıb. Melisa isə Alaçatıya gələrək istirahətinə yalnız davam edib.

Qeyd edək ki, aktrisa Melisa Döngel hazırda "Sen çal kapımı" serialında çəkilir.

Milli.Az