İranda hərbi paradın dronu məhləyə düşdü

18 Aprel 2021 16:08

İranda Ordu günü münasibətilə hərbi parad keçirilib.

Milli.Az oxu.az-a istinadla bildirir ki, tədbir zamanı bir neçə növ pilotsuz uçuş aparatları da nümayiş olunub. Parad zamanı təqdim olunan "Kamran-22" zərbə PUA-sı daha böyük marağa səbəb olub.

Sosial şəbəkələrdə isə uçuş göstəriləri keçirilən dronlardan birinin İsfahanın yaşayış məhəlləsinə düşməsini əks etdirən videoğörüntülər yayılıb.

Qeyd edək ki, insidentlə bağlı heç bir əlavə məlumat verilməyib.

Milli.Az