“Hercai”nin aktrisası “Yasak elma”da - FOTO

18 Aprel 2021 17:08

Son zamanlar Türkiyədə yayımlanan bir çox serialın final qərarı qəbul edilib. Vəziyyət belə olan təqdirdə, sözügedən ekran işlərində rol alan aktyorlar onlara gələn başqa rol təkliflərini dəyərləndirməyə başlayıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Hercai" də finala çıxan ekran işləri arasındadır.

Serialda Dilşah obrazının gəncliyini canlandıran aktrisa Özlem Gezgin layihədən ayrılaraq "Yasak elma"da çəkiləcək. Onun ekran işində hansı rolu ifa edəcəyi isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Özlem indiyə qədər "Kiralık Aşk ", "Kanatsız Kuşlar " kimi reytinqli layihələrdə çəkilib.

Milli.Az