Xalq Artisti Eldar Quliyevlə vida mərasimi keçirilib - FOTO

18 Aprel 2021 12:40

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, mərasim "Təzə Pir" məscidində təşkil olunub.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az