"Ramo"dan sonra bu serialda çəkiləcək

18 Aprel 2021 14:01

Uzun müddətdir "Ramo" serialında çəkilən aktrisa Esra Bilgiçin yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu dəfə "Kanunsuz topraklar" serialı ilə tamaşaçılar qarşısına çıxacaq.

Ekran işini "Gold film" şirkəti lentə alır. Layihə "Fox" telekanalında yayımlanacaq. Esra yeni serial üçün artıq müqavilə də imzalayıb.

Milli.Az