Edis məhkəməni uduzdu, 1 milyon ödəyəcək

18 Aprel 2021 13:01

Türkiyəli müğənni Edis menecerlik şirkəti ilə məhkəməsini uduzub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hakim sənətçinin 1 milyon 387 min TL (təxminən 294 min manat) şirkətə ödəniş etməsinə qərar verib.

Şirkət sahibi Bilal Oğuz isə Edisin həmin məbləği ödəmədiyini bildirib.

Müğənni bu barədə hələlik açıqlama verməyib.

Milli.Az