Gürcüstanda koronavirusa yoluxanların sayı 295 mini ötdü

18 Aprel 2021 12:21

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  818 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 295 358, ölənlərin sayı isə 3 939 nəfərə çatıb. Virusa yoluxanlardan 280 915 nəfərin sağaldığı bildirilir.

Milli.Az