Əsgərin məzarına gül qoymaq istəyən Paşinyanı peşman etdilər

18 Aprel 2021 10:11

Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı çıxılmaz vəziyyətdə qalıb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, Paşinyan buraya səfəri zamanı ikinci Qarabağ müharibəsində ölən əsgərlərin məzarlarını da ziyarət etmək istəyib. Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib.

"Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm", - deyə ölən hərbçinin yaxını Paşinyana bildirib.

O qeyd edib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.

Milli.Az