Fransa Cənubi Afrikadan gələnlər üçün karantin tətbiq edəcək

18 Aprel 2021 10:22

Fransa hakimiyyəti Braziliya, Argentina, Çili və Cənubi Afrikadan gələnlər üçün məcburi karantin tətbiq edilməsinə dair qərar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa baş naziri Jan Kasteksin administrasiyası bildirib.

Məlumata əsasən, bu ölkələrdən olan qonaqlar gələndən sonra 10 gün ərzində karantinda qalmasının lazım olduğuna qərar verilib. Binadan çıxmaq üçün müəyyən bir saat təyin ediləcək.

Milli.Az